AZ

İranda ölənlərin sayı artır

İranda davam edən etiraz aksiyaları zamanı ölənlərin sayı 35-ə yüksəlib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ-də fəaliyyət göstərən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) yayıb. 

Ölənlərin 29-nun etirazçı, 4-nün uşaq, 2-nin isə İran təhlükəsizlik qüvvələrinin üzvü olduğu qeyd edilib.

Agentlik həmçinin bildirib ki, aksiyalar çərçivəsində 1200-dən çox insan saxlanılıb.

Qeyd edək ki, İranda iqtisadi böhran fonunda ötən həftə başlayan aksiyalar hazırda ölkənin 31 əyalətindən 27-də davam edir. Daha əvvəl yayılan məlumatda 20 nəfərin öldüyü açıqlanmışdı.

Milli.Az

Seçilən
78
milli.az

1Mənbələr