AZ

Milli Qvardiyaya yeni komandan təyin olundu

Azərbaycan Milli Qvardiyasına yeni komandan təyin edilib.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq Sərəncam imzalanıb.

Sərəncama əsasən, polkovnik Ramin Babayev Milli Qvardiyanın komandanı kimi təsdiqlənib. Milli Qvardiya Prezidentin Təhlükəsizlik Xidmətinə tabedir. R. Babayev də bu təyinatadək həmin Xidmətin kadrlar idarəsinin rəisi işləyib.

Qeyd edək ki, Milli Qvardiyanın əvvəlki komandanı general-mayor Akif Yusifov bu yaxınlarda vəzifəsindən azad edilib. PTX-də islahatlar davam edir.

Seçilən
58
10
unikal.az

10Mənbələr