Noyabrda “Səbail”in baş məşqçisi postundan ayrılan, ardınca “Qəbələ”nin U-17 komandasının sükanı arxasına keçən Elvin Məmmədov yenə iş yerini dəyişib.
Gənc mütəxəssis artıq “Neftçi”dədir. O, paytaxt təmsilçisinin17 yaşlılarına baş məşqçi təyin olunub.
37 yaşlı mütəxəssis bu postda U-21-ə köməkçi-məşqçi kimi yollanmış Rəşad Hüseynovu əvəzləyib.
“Neftçi” AFFA-nın keçirdiyi müvafiq liqada hazırda ikinci yerdə qərarlaşıb.
Elvin Məmmədov üçün klubun təklif etdiyi müqavilənin şərtləri əlverişli olub:
"Neftçi" rəsmi müqavilə təklif etdi. Şərtlər əlverişli idi, müzakirə apardıq və anlaşdıq.
"Qəbələ" rəhbərliyi də sağ olsun, mənə çox dəstək verdilər. Xüsusən də A kateqoriyasını oxuduğum müddətdə.
Xoş sözlərə layiqdirlər. "Neftçi"yə getmək istədiyimi bildirəndə, heç bir problem yaratmadan razılıq verdilər.
Bu gün komanda ilə tanış oldum. "Neftçi"nin adı üstündədir.
Klubdan nəticə tələb olunur. Amma sırf akademiyaya gəlincə, məqsəd əsas komanda üçün futbolçu yetişdirməkdir.
Rəhbərliklə müzakirələr zamanı da bunu hiss etdim. Yəni aşağı yaş qruplarında sırf nəticə tələb olunmur.
Sadəcə, futbolçulara düzgün istiqamət verilməlidir. "Neftçi"nin U-17 komandasının bir neçə oyununu video vasitəsilə izləmişəm.
Milliyə və əsas komandaya artıq bir futbolçu veriblər" (report).
Bakılılar Elvin Məmmədova nə qədər əməkhaqqı ödəyəcək? Bu məbləğ 1500 manat təşktl edir.
Başqa sözlə, Rəşad Hüseynov nə qədər maaş alırdısa, o da bir elə alacaq. Sadəcə, komanda çempion olarsa, ona mükafat ödəniləcək.
SPORTİNFO.AZ