AZ

Milli Qvardiyaya yeni komandan təyin olundu

Azərbaycan Milli Qvardiyasına yeni komandan təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq Sərəncam imzalanıb.

Sərəncama əsasən, polkovnik Ramin Babayev Milli Qvardiyanın komandanı kimi təsdiqlənib. Milli Qvardiya Prezidentin Təhlükəsizlik Xidmətinə tabedir. R. Babayev də bu təyinatadək həmin Xidmətin kadrlar idarəsinin rəisi işləyib.

Qeyd edək ki, bir neçə ay əvvəl Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin PTX) rəisi vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Fərid Əsgərov təyin olunub. F. Əsgərovun təyinatından sonra isə Xidmətdə islahatlara başlanılıb, bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Həmin islahatların davamı olaraq 13 il Azərbaycan Milli Qvardiyasına komandanlıq etmiş general-mayor Akif Yusifov da vəzifəsindən azad edilib.

Seçilən
61
7
bakuinfo.net

10Mənbələr