Bakı. Trend:
Son illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinintəmin olunmasında oynadığı rol keyfiyyətcə ciddi transformasiyayaməruz qalıb. Əvvəlcə ölkə əsasən enerji resurslarının tədarükü üçünalternativ mənbələrdən və marşrutlardan biri kimi nəzərdənkeçirilirdisə, bu gün Azərbaycan faktiki olaraq Avropa qitəsininəsas, hətta əvəzolunmaz enerji tərəfdaşlarından birinəçevrilib.
Cənub Qaz Dəhlizi formalaşma mərhələsində ilk növbədəşaxələndirmə elementi kimi qəbul olunurdu – Avropanın məhdud saydatəchizatçı və marşrutlardan asılılığını azaltmaq vasitəsi kimi.Lakin Azərbaycan həmin dövrdə üzərinə daha geniş məsuliyyətgötürərək təkcə qaz mənbəyi kimi deyil, Xəzər dənizi regionunuAvropa ilə birləşdirən dayanıqlı transregional enerjiinfrastrukturunun yaradılmasının təşəbbüskarı və təminatçısı kimiçıxış etdi. Cənub Qaz Dəhlizinin reallaşdırılması Bakınınuzunmüddətli perspektivdə irimiqyaslı öhdəlikləri yerinə yetirməyə,qlobal turbulentlik şəraitində belə tədarükün sabitliyini təminetməyə qadir olduğunu sübut etdi.
Azərbaycanın keyfiyyətcə yeni rolu 2022-ci ilin fevralındansonra, Avropanın misilsiz enerji böhranı ilə üzləşdiyi dövrdə dahaaydın şəkildə özünü büruzə verdi. Qaz qıtlığının kəskinləşdiyi vəqiymətlərin sürətlə artdığı şəraitdə məhz Azərbaycan enerjiqeyri-sabitliyi təhlükəsi ilə üz-üzə qalan ölkələrə operativ dəstəkgöstərdi. Bakı təkcə qüvvədə olan bütün müqavilələr üzrəöhdəliklərin yerinə yetirilməsini təmin etmədi, həm də zərurətyarandıqda tədarükün artırılmasına hazır olduğunu bəyan edərəketibarlı və məsuliyyətli tərəfdaş imicini bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziyakanallarına müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanın qaz ixracıhəm həcm, həm də coğrafi əhatə baxımından artmaqdadır.
“Biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazlatəchiz etmişik. Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qazəldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu,bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizatabaşlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdəAzərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatədairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsiəlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı iləbağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi buqədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir”,- deyəPrezident İlham Əliyev bildirib.
Bu göstəricilər Azərbaycanın qlobal enerji bazarındakımövqeyinin unikal xarakterini açıq şəkildə nümayiş etdirir və onunalternativ təchizatçı rolundan sistemyaradıcı oyunçu statusunakeçidini təsdiqləyir. Eyni zamanda, ölkənin ixracın daha dagenişləndirilməsi üçün bütün zəruri resursları mövcuddur. Yaxınvaxtlarda “Azəri–Çıraq–Günəşli” yatağının dərin sulu hissəsindənqaz hasilatına başlanılması,“Şahdəniz” Kompressiya (ŞDK)layihəsinin həyata keçirilməsi, həmçinin “Babək” və “Abşeron”yataqlarının inkişafı gözlənilir.
Dəyəri 2,9 milyard ABŞ dolları olan “Şahdəniz” Kompressiyalayihəsi “Şahdəniz” yatağının işlənməsinin növbəti mərhələsidir.Layihənin əsas məqsədi lay təzyiqi aşağı olan ehtiyatlardan qazhasilatını təmin etməklə onları istismara yararlı hala gətirmək vəqazın maksimal hasilat əmsalına nail olmaqdır. Gözlənilir ki,layihənin reallaşdırılması əlavə olaraq təxminən 50 milyard kubmetrqazın və təqribən 25 milyon barel kondensatın hasilatı və ixracınaimkan verəcək.
“Abşeron” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsindəpik səviyyədə gündəlik hasilat 12,7 milyon kubmetr qaz (ildə 4,5milyard kubmetr ekvivalentində), eləcə də günə 37 min barelkondensat təşkil edəcək. İkinci faza üzrə hasilata başlanılması2028-ci ilin sonu – 2029-cu ilin əvvəllərinə planlaşdırılır.
İlkin qiymətləndirmələrə görə, perspektivli “Babək” strukturuüzrə ehtiyatlar 400 milyard kubmetr qaz və 80 milyon ton kondensataçata bilər ki, bu da Azərbaycanın uzunmüddətli ixrac potensialınıəhəmiyyətli dərəcədə gücləndirir.
Paralel olaraq ölkə “yaşıl enerji” sahəsini fəal şəkildə inkişafetdirir ki, bu da daxili enerji balansının optimallaşdırılmasına vəixrac üçün əlavə təbii qaz həcmlərinin azad olunmasına imkanyaradır. Eyni zamanda Azərbaycan enerji keçidinə realist vəpraqmatik yanaşma nümayiş etdirir və anlayır ki, qısamüddətliperspektivdə bərpa olunmayan yanacaq növlərindən tam imtina enerjitəhlükəsizliyi üçün ciddi risklər olmadan mümkün deyil. Bərpaolunan enerji mənbələrinin inkişafı ilə yanaşı ənənəvi energetikayayatırımlar həm ayrı-ayrı ölkələrin, həm də bütöv regionlarınsabitliyinin təmin olunması üçün zəruri şərt kimiqiymətləndirilir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, neft və qazla zənginölkələrin məsuliyyətli yanaşmasını Azərbaycan və digər bir sıradövlətlər nümayiş etdirir – böyük neft və qaz ehtiyatlarına malikolmaqla yanaşı, onlar “yaşıl enerji”yə da sərmayə yatırırlar.
“Beləliklə, düşünürəm ki, hazırda Avropa təsisatları anlayırlarki, faydalı qazıntıya münasibətdə qorxu aradan qalxmalıdır vəpraqmatik, realist yanaşma əsas götürülməlidir”,-ndeyə Prezidentİlham Əliyev bildirib.
Bu kontekstdə son illər fosil yanacaq layihələrininmaliyyələşdirilməsindən imtinanı fəal şəkildə təşviq edənbeynəlxalq maliyyə institutlarının yanaşmalarına yenidən baxılmasıxüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərdi ki, qazinfrastrukturuna investisiyalar olmadan nə enerji təchizatınınsabitliyini təmin etmək, nə də “təmiz enerji"yə ardıcıl keçidireallaşdırmaq mümkündür. Bu səbəbdən belə qərarlar enerjitəhlükəsizliyinə zərər vurmaq hesabına qəbul edilməməlidir.
Gələcək inkişafın mühüm istiqamətlərindən biri də mövcud qazinfrastrukturunu üzvi şəkildə tamamlayan və “təmiz enerji"ninixracı üçün əsas yaradan “yaşıl enerji dəhlizləri"dir. Bunlara“Xəzər – Qara dəniz – Avropa”, “Mərkəzi Asiya – Azərbaycan”,“Azərbaycan – Türkiyə – Avropa” və “Azərbaycan – Gürcüstan –Türkiyə – Bolqarıstan” marşrutları daxildir. Bu layihələrAzərbaycanın regionlar və bazarlar arasında əsas birləşdirici həlqəkimi rolunu daha da gücləndirir.
Beləliklə, əvvəlcə enerji resurslarının tədarükü vəmarşrutlarının şaxələndirmə mənbəyi kimi nəzərdən keçirilənAzərbaycan artıq bu gün Avropa və onun hüdudlarından kənardaəvəzolunmaz tərəfdaşa çevrilib. Gələcəkdə bu rol daha damöhkəmlənəcək və etibarlı qaz tədarükü, infrastrukturun inkişafı və“təmiz enerji"nin ixracının vəhdəti hesabına getdikcə daha kompleksxarakter alacaq.