Bakı Slavyan Universitetinin (BSU) professoru, filologiya elmləri doktoru Zemfira Vəliyeva dünyasını dəyişib.
Far.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
O, uzun illər ərzində universitetin filologiya fakültəsində pedaqoji və elmi fəaliyyətlə məşğul olub və bir çox nəsillər üzrə ədəbiyyat, dil və mədəniyyət sahəsində tələbələr yetişdirib.
Allah rəhmət eləsin!