AZ

Elnur Abdullayev Global Media Group-da Adnan Əhməzadənin adamlarından təmizlənir...

Prosesin tragikomik tərəfi isə odur ki, Global Media Group-da Adnan Əhmədzadəyə heç kim Elnur Abdullayev qədər yaxın olmayıb...

Adnan Əhmədzadənin həbsindən artıq 3 ay yarım ötür və yəqin ki, iki həftədən sonra SOCAR-ın İnvestisiya departamentinin keçmiş rəis müavini yenidən hakim qarşısına çıxarılaraq həbs müddəti daha 4 ay uzadılacaq. Əhmədzadənin həbsindən sonra şok yaşayan yaxınları güman edirdilər ki, ən geci bir-iki aya tanınmış iş adamı həbsdən azad olunacaq və büznesini qoyduğu yerdən davam etdirəcək. Lakin artıq bu ümidlər ölüb və bu üzdən də Adnan Əhmədzadə "gəmisindən" qaçanların sayı da artmaqdadır.

İlk dönəmlərdə Əhmədzadəyə arxa durub, sonra üz çevirənlərdən biri də Global Media Group-un rəhbəri Elnur Allahverdiyevdir. Qeyd edək ki, Adnan Əlizadə saxlanılırkən Elnur Abdullayev onun həbsi ilə bağlı məlumatların ölkə mediasında aparıcı mövqe tutan Global Media Group-a aid resurslarda verilməsini qadağan etmişdi. Lakin aylar ötdükcə, Elnur Abdullayevin bu vəfası da əriməyə başladı. Öncə Adnan Əhmədzadəyə yaxın bir neçə media resursundan Əhmədzadəyə yaxın olan adamıar uzaqlaşdırıldı. Son məlumatlara görə isə Elnur Abdullayev Global Media Group-da total tımizləmə işlərinə başlayıb.

Paralel olaraq Global Media Group-un şefi rəsmi sosial şəbəkə hesablarında Adnan Əhmədzadəninin səhifələrini izləmələri dayandırıb. İddialara görə, bunnla Elnur Abdullayev rəhbərlik etdiyi holdinqin həbs olunan şəxslə arasına məsafə qoymaq cəhdidir. Artıq Adnan Əhmədzadənin cinayət işi ilə bağlı məlumatların  Global Media Group-a aid resurslarda dərci ilə bağlı qadağalar da ortadan qaldırılıb.

AzFakt-ın əldə etdiyi məlumata görə, yanvarın sonuna qədər Global Media Group-da ciddi ixtisarlar aparılacaq və bu ixtisarlardan sonra da Elnur Abdullayev Adnan Əhmədzadə "şinelini" üzərindən atmış olacaq.

Prosesin tragikomik tərəfi isə odur ki, Global Media Group-da Adnan Əhmədzadəyə heç kim Elnur Abdullayev qədər yaxın olmayıb. Bu üzdən də söhbət Global Media Group-da Adnan Əhmədzadə iplərinin sökülməsindən gedirsə, o zaman Elnur Abdullayev ilk növbədə özünü Global Media Group-dan söküb atmalıdır...

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr