AZ

Misir fironları və heroqliflərin müəllifi erməni imiş - Dünyanı şoka salan erməni nağılları

"Ermənilərin misirlilərə piramida tikməyi öyrətdiyini və Misir fironlarının da erməni olduğunu bilirdinizmi?" VI Tutanxamon, III Amenxatop, IV Amenxatop kimi fironlarıa yanaşı qədim Misirin gözəllik rəmzinə çevrilən Nefertiti belə “erməni idi” və onun əsil adı "Nver-titi"dir. 

Ölkə.Az xəbər verir ki, bu sözləri professor Zaur Əliyev dünyanı şoka salan erməni erməni yalanlarından söz açarkən deyib. O, ermənilərin misir tarixini də özləri ilə bağlamasından danışıb:

“Sən demə, Tutanxamon adlı bütün fironlar ermənidir və onların əsl adı Tutmosdur və bu ermənicə  "Tut" və "mos" sözündən yaranıb. “Ramzes” adlı bütün Misir fironları da erməni olub "Hram" (əmr) sözündən yaranıb. Bunu mən demirəm, erməni tarixçisi Hamlet Martirosyan deyir. 
Bunu isə iddia edən 1933-cü ildə İrəvanda Xaçaturyan və onun "Mixi yazı dövründə Ermənistan tarixi" kitabı, eyni zamanda erməni tarixçisi Anjela Teryandır.
Ermənilər iddia edir ki, qədim Misirlilər Nil çayının adını qəsdən dəyişiblər. Nil erməni dilində - Neg (Նեղ), dar deməkdir. Nil mənbəyində dar bir çaydır və qədim ermənilər bu çayın adını belə qoyublar, lakin Misirlilər onu dəyişiblər.

Misirin tanrıları, Osiris əslində Sir (սիր), Set Sedrak, Qor elə qədim erməni tanrıları, Nut erməni ilahəsi Tun imiş.  Günəş tanrısı Ra isə ermənilərdən Misirə getmiş tanrılar tanrısı imiş və adı da "Arev" (Günəş) imiş. Misirlilər günəşə sitayişi ermənilərdən öyrəniblər. 

Dünyanın ən qədim dövləti Misir də erməni torpağı imiş və  adı isə qədim erməni dilində Ե գի պետ- "elmin rəisi" demək imiş. Qədim misirlilər öz coğrafi adlarını Ermənistandan götürüblər. "Memfis" sözü erməni dilindəki "Ma-M-Pes"-demək imiş. Həmçinin, Misirdəki Heliopolis şəhərini ermənilərin qədim paytaxtı imiş”.

Z.Əliyevin sözlərinə görə, hətta ermənilər lap irəli gedərək tarix elminin altını üstünə çevrirlər:

“Erməni “tarixçi” Urik Suruzyan bütün qədim Misir sivilizasiyasının Ermənistan dağlıq ərazilərindən qaynaqlandığını yazır. 
O şəxsən DNT nümunələrini araşdırıb və məlum olur ki, misirlər “qədim ermənilərdir”.
A. Torosyan “Erməni sivilizasiyasının səpələnmələri” kitabında yazır ki, qədim misirdə eramızdan əvvəl xristian dinini ermənilər yayıb (İsa peyğəmbərin doğumundan min-min əvvəl).
Daha dəhşətli faktlar: Piramidaları kimlər tikdiyini dünya alimləri gəlib erməni kitablarını oxusalar, dərhal biləcəklər. Erməni mənbələrində iddia olunur ki, piramidaların tikintisində istifadə olunan mühəndislik bilikləri onlara məxsusdur. Hətta iddia olunur ki, piramidaların "enerji sistemi" və ya astronomik hesablamaları Ermənistandakı Zorats Karer (Zərdüşütlərə aid abidə) abidəsi ilə eynidir və Misirlilər uzun yol qət edərək erməni ustalarından məsləhət almaq üçün gəliblər. V. Vaqanyan bunu iddia edir və daha da irəli gedərək yazır:
"Ermənilər qədim misirlilərə piramidaların necə tikilməsini öyrədiblər. Sonra Musa misirliləri İsrailə aparanda ermənilər qədim İngiltərəyə gediblər. Deməli, müasir ingilislər ermənilərdir." 

 “Misir ordusu döyüş arabaları erməni ustalarının öyrətdikləridir. Misir ordusu araba təchizatı üçün Ermənistan dağlıq ərazilərindən asılı idi”. Bu böyük sirri Vigen Avetisyan adlı erməni tədqiqatçısı açıb. 

Misirlilər meyitlərin mumiyalanması üçün lazım olan maddələri və kimyəvi bilikləri "Erməni dağlıq yaylasından" alıblar. Onlar iddia edirlər ki, mumiyalamada istifadə olunan bəzi duzlar və yağlar yalnız Ermənistan ərazisində tapılırdı. Misirlər illərdir dünyanı aldadırlar ki, Natron duzundan istifadə edirdilər, qeyd edim ki,  bu da Misirin özündə, xüsusilə Vadi-Naturun vadisində bol miqdarda mövcud idi. 

Daha ciddi bir elmi sensasiya: Qədim Misirə məxsus heroqliflərin müəllifi bilirsiniz kimdir? Dünya xalqlarının hərflərini yaradan Mesrop Maştots
1822-ci ildə Jan-Fransua Şampolyon tərəfindən elmi şəkildə izah olunan bu əlifba siz demə, başdan-ayağa yalan imiş, ermənilər düz deyir. 
Dünya elmi şokdadır. “Sfenksin üz cizgiləri qədim erməni antropoloji tipidir və onun  başındakı "Nemes" (firon başlığı) qədim erməni geyim elementidir”. 

Bilirsiniz bu nadir “faktı” isə Artak Movsisyan və Suren Ayvazyan tapıb.
“Fironların yanında həmişə erməni kahinləri olub və onlar ulduzların hərəkəti, gələcəyi görmə sirlərini misirlilərə öyrədiblər.” 
Misir fironlarının zinət əşyalarında istifadə etdikləri firuzə, lapis-lazuli və digər qiymətli daşların yalnız Ermənistandan gəlirmiş. 

Dünyanın heç bir ciddi universitetində (Harvard, Sorbonna, Oksford) və elmi mərkəzlərində  fironların erməni olması və ya piramidaların ermənilər tərəfindən tikilməsi barədə bir cümlə belə tapa bilməzsiniz. Bu nağıllar sadəcə tibbi deyil, ideoloji  xəstə bir millət üçün yazıla bilər”. 

Billurə

Seçilən
61
1
olke.az

2Mənbələr