AZ

İngiltərəli mütəxəssis "Çelsi"nin baş məşqçisi olacağını təsdiqləyib

Bakı, 6 yanvar, AZƏRTAC

İngiltərəli mütəxəssis Liam Rosenyor "Çelsi"nin yeni baş məşqçisi olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə mütəxəssis özü məlumat verib.

“Mən dünyanın ən yaxşı klublarından biri olan "Çelsi"nin yeni baş məşqçisi olacağam", - deyə o bildirib.

Mütəxəssis bu vəzifədə bir neçə gün öncə istefa verən Entso Mareskanı əvəzləyib.

Qeyd edək ki, Liam Rosenyorun son klubu Fransada “Strasbur” olub.

Seçilən
96
1
azertag.az

2Mənbələr