AZ

AZAL-ın Praqa-Bakı reysində insident: Əlbəyaxa oldular...

Azərbaycan Hava Yollarının (AZAL) Praqa-Bakı reysini həyata keçirməli olan təyyarəsinin trapında sərnişinlərin narahatlığına səbəb olacaq insident yaşanıb.

Turkustan.az Oxu.az-a istinadən xəbər verir ki, yanvarın 5-də baş verən hadisə ilə bağlı Praqada yaşayan azərbaycanlı öz sosial hesabında məlumat verib.

O qeyd edib ki, bir nəfər gözləmə zalından qeydiyyatdan keçmədən, qanunsuz şəkildə hava gəmisinə keçməyə cəhd göstərib. Onu saxlamaq üçün aeroportun təhlükəsizlik xidməti, polis əməkdaşları, qara maskalı şəxslər, xüsusi təlim görmüş itlər cəlb olunub və həmin şəxs yaxalanıb. Təhlükəsizlik xidməti əraziyə gələnə kimi həmin şəxslə əlbəyaxa olan təyyarə bələdçisi ona təyyarəyə keçməyə imkan verməyib.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd olunub ki, ötən gün Praqa hava limanında Praqa-Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb.

"Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri "Azərbaycan Hava Yolları" aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.

Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Seçilən
42
29
turkustan.az

10Mənbələr