AZ

Baş nazir: ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi NATO-nun sonu demək olacaq

BAKI, 6 yanvar. TELEQRAF

Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsi NATO hərbi alyansının sonu mənasına gələcək.

Teleqraf xəbər verir ki, bu barədə Danimarka Baş naziri Mette Frederiksen "Associated Press"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əgər ABŞ NATO üzvü olan başqa bir ölkəyə qarşı hərbi güc tətbiq etmək qərarına gələrsə, alyansın mövcudluğu sual altına düşəcək:

"“Əgər ABŞ NATO-nun digər bir üzvünə qarşı hərbi addım atarsa, o zaman hər şey bitər".

Qrenlandiya hökumətinin başçısı Yens-Frederik Nilsen də oxşar mövqe sərgiləyərək, ABŞ-nin Qrenlandiyaya qarşı hər hansı güc tətbiqinin fəlakətli nəticələrə yol aça biləcəyini bəyan edib.

Seçilən
69
teleqraf.com

1Mənbələr