2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 37,2 faiz artaraq 646,7 milyon dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Rumıniya ilə ticarətin payı 1,45 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,36 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi