AZ

Dəmir Yolları rəhbərliyinin - BONUSLARI AÇIQLANDI - MƏBLƏĞLƏR

«Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbərliyinin əmək haqqı və bonus gəlirləri məlum olub. 

FED.az xəbər verir ki, 2024-cü il ərzində qurumun rəhbərliyi təqribən 1,5 milyon manat həcmində gəlir əldə edib. 

Belə ki, 2024-cü ildə ADY-nin əsas idarə heyətinin mükafatlandırılmasına ümumi olaraq 1 milyon 454 min manat məbləğində vəsait ayrılıb. Bura əmək haqları, mütəmadi olmayan mükafatlar və digər qısamüddətli gəlirlər aiddir. 

Qeyd edək ki, 2023-cü illə müqayisədə bu gəlirlər bir qədər azalıb – 2023-cü ildə dəmiryol rəhbərliyinin əmək haqqı və bonusları 1 milyon 469 min manat təşkil edib.

Seçilən
30
fed.az

1Mənbələr