AZ

İranda etirazların acı nəticələri: 35 ölü, 1200-dən çox saxlanılan var – VİDEO

İranda bir həftədən artıqdır davam edən etiraz aksiyaları zamanı azı 35 nəfər həyatını itirib, 1 200-dən çox şəxs isə saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilir ki, həlak olanlar arasında 29 etirazçı, 4 uşaq və təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı var.

Eyni zamanda, İranın Fars agentliyi də təhlükəsizlik strukturlarının itkiləri ilə bağlı məlumat yayıb. Agentliyin məlumatına görə, baş verən iğtişaşlar zamanı təxminən 250 polis əməkdaşı və “Basij” adlı könüllü hərbiləşdirilmiş dəstənin 45 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb.

Etirazların səbəbləri və hazırkı vəziyyətlə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib.

Seçilən
80
nocomment.az

1Mənbələr