AZ

Fransada əlverişsiz hava şəraiti səbəbindən beş nəfər ölüb

Fransada qar yağması və yolların buz bağlaması səbəbindən azı beş nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Bildirilib ki, bu gün Land bölgəsində yolların buz bağlaması səbəbindən baş verən avtoqəzada üç nəfər həlak olub.

Ötən gün isə İl-de-Frans bölgəsində iki nəfər ölüb. Onlardan biri Val-de-Marna departamentində avtomobilinin Marna çayına düşməsindən sonra həlak olub.

Qar və yolların buz bağlaması səbəbindən 26 departamentdə "narıncı təhlükə" səviyyəsi qalmaqdadır. Təkcə Şarant-Maritim departamentində 35 santimetrə qədər qar yağıb.

Fransa Mülki Aviasiya İdarəsi hava şəraiti səbəbindən aviaşirkətlərdən Parisdən uçuşların sayını 15 % azaltmağı xahiş edib.

Seçilən
61
far.az

1Mənbələr