"Bakuinfo"nun Qaynar xəttinə daxil olan müraciətə əsasən, Pulz online pul kisəsində artıq 3 gündür texniki problem yaşandığı iddia olunur.
Şikayətçi bildirir ki, balansında mövcud olan vəsaiti çıxara bilmir, həmçinin heç bir köçürmə əməliyyatı uğurla başa çatmır. Məsələ ilə bağlı Pulz-un dəstək xidməti ilə əlaqə saxlanılsa da, problem hələ də aradan qaldırılmayıb.
Şikayətçi tərəfindən bakuinfo.net-ə təqdim edilən cavabda Pulz tərəfindən bildirilib:
“Hörmətli istifadəçi,Hazırda qeyd etdiyiniz xəta ümumi xarakter daşıyır. Məsələ ilə bağlı aidiyyatı şöbəyə sorğu göndərilib.
Texniki şöbə problemi mümkün olan ən qısa zamanda aradan qaldırmaq üçün zəruri tədbirlər görür.
Zəhmət olmasa, növbəti gün tətbiqi silib yenidən yükləyərək cəhd edərsiniz. Eyni çətinlik ilə üzləşdiyiniz halda bizə geri dönüş edərsiniz.”
Buna baxmayaraq, şikayətçi qeyd edir ki, göstərilən tövsiyələrə əməl edilsə də, problem hələ də davam edir.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə də Pulz tətbiqi ilə bağlı oxşar texniki çətinliklərdən şikayət edən istifadəçilərin olduğu bildirilir.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.
Vüsal