Bunlarla yanaşı, digər mühüm məqalardan biri isə Yaxın Şərqdə güc balansının və geosiyasi xəritəsinin yenidən formalaşdırılması məsələsidir. ABŞ Türkiyənin bölgədə rol almasını qəbul etsə də, onun tam dominant gücə çevrilməsini o qədər də istəmir. İsrail isə Ankaranın regional liderliyinə qəti şəkildə qarşıdır. Bəzi ərəb ölkələri də həm İranın, həm də Türkiyənin təsirinin artmasından narahatdır.
Bütün bu amillər ABŞ üçün İranda siyasi böhranın hakimiyyət və dövlət böhranı, hətta xaos səviyyəsinə çatdırılmasını strateji baxımdan cəlbedici edir. Xaos isə Vaşinqtonun və Təl-Əvivin İranla bağlı planlarını reallaşdırmaq üçün əlverişli zəmin yarada bilər.
Tehran rejimi bu təhlükəni anlayır, lakin proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələlik açıq qalır. ABŞ rejim dəyişikliyini açıq şəkildə dəstəkləyəcəkmi, yoxsa zəifləmiş, idarəolunan İran modeli ilə əməkdaşlığa üstünlük verəcək. Bu sualların cavabı yaxın dövrdə regional proseslərin gedişində aydınlaşacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31