ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado ilə bağlı tənqidi açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, Tramp NBC News telekanalına müsahibəsində Maçadonun Nobel Sülh Mükafatına layiq görülməsini düzgün hesab etmədiyini bildirib: “O, bu mükafatı qazanmamalı idi”.
Bununla belə, Mariya Korina Maçado Trampa jest etməyə hazır olduğunu açıqlayıb. O, Fox News-a verdiyi müsahibədə 3 yanvar tarixini “ədalətin tiraniya üzərində qələbə çaldığı gün” adlandıraraq ABŞ hakimiyyətinin Venesuela Prezidenti Nikolas Maduronu saxlamasına münasibət bildirib.
Maçado qeyd edib ki, Nobel Sülh Mükafatını Trampa verməyə və onu onunla bölüşməyə hazırdır:
“Bu mükafatı ona verməyə və onunla paylaşmağa hazıram. Bu, Venesuelada demokratik keçid yolunda tarixi və son dərəcə böyük bir addımdır”.
Sara