"Kristal Pelas"ın müdafiəçisi Mark Qexini transfer etmək istəyən klublar sırasına "Mançester Siti" də qoşulub.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" ingilis futbolçunu bu ay heyətinə cəlb etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Qexi 2021-ci ildən "Kristal Palas"da çıxış edir. Onun klubla müqaviləsi bu yay başa çatır.
25 yaşlı müdafiəçi cari mövsüm 31 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.