BAKI, 6 yanvar. TELEQRAF
İtaliyanın "Milan" klubu qış transfer pəncərəsində heyətinə yeni müdafiəçi qatacaq.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisinin bu mövqe üçün əsas hədəfi İngiltərə "Mançester Siti"sinin futbolçusu Natan Akedir.
"Rossoneri" niderlandlı müdafiəçi üçün artıq qarşı tərəfə təklif göndərib.
Ake keçidi baş tutmasa, "Milan" Fransanın "Monako" komandasında çıxış edən Erik Dayer üçün hərəkətə keçəcək.
Qeyd edək ki, "Milan" A Seriyasında 17 oyunda sonra 38 xalla ikinci pillədə qərarlaşıb.