AZ

2026-cı ildə daşınmaz əmlak bazarında qiymətlər artacaq? - Ekspert açıqladı

2025-ci ildə ölkədə daşınmaz əmlak bazarında qiymətlərdə artım müşahidə etdik. Xüsusən də bu artım paytaxt Bakıda davamlı xarakter aldı. Bəs 2026-cı ildə də bu tendensiya davam edəcək? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, 2026-cı ildə daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri ilə bağlı suallar aktualdır:

"Son illərdə bazarda davamlı qiymət artımları müşahidə olunur və bu tendensiya ilbəil daha da aktuallaşır. Mövcud iqtisadi reallıqlar və bazar şərtləri qiymətlərin artacağını göstərir. Şəhərsalma və dövlət proqramlarının sürətləndirilməsi, həmçinin büdcədən ayrılan vəsaitlər qiymət artımını dəstəkləyir. Hökumətin daşınmaz əmlak bazarına dair qəbul etdiyi qərarları da nəzərə alsaq, qarşıdakı dövrlərdə qiymət artımı müşahidə olunacaq".

Ekspertin sözlərinə görə, bununla belə, dövlət büdcəsi və şəhərsalma layihələrinə ayrılan vəsaitlər ötən illə müqayisədə yalnız nisbi olaraq artıb:

"Əvvəlki illərdə müəyyən əhəmiyyətli addımlar daha kəskin müşahidə olunurdu, bu il isə qənaətli xərcləmə siyasəti görünür. Buna görə, ötən illərlə müqayisədə qiymət artımı daha az ola bilər. Ümumilikdə, qəbul edilmiş qərarlar və bazara təsirlər qiymət artımının qaçılmaz olduğunu göstərir, lakin artımın faiz göstəricisini indidən dəqiq müəyyən etmək çətindir",- deyə ekspert əlavə edib.

Seyranə Quliyeva Missiya.Az

Seçilən
36
missiya.az

1Mənbələr