Belarus millisinin yeni baş məşqçisi bəlli olub.
İdmanxeber.az xəbər verir ki, millinin sükanı Viktor Qonçarenkoya tapşırılıb. 48 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Qonçarenko karyerası ərzində Belarusun BATE, Rusiyanın isə “Kuban”, MOİK, “Ufa” və “Krasnodar” klublarını çalışdırıb.