Yeni il münasibətilə təşkil olunmuş mədəni tədbirlər çərçivəsində “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşəbbüsü ilə əlilliyi olan uşaq və gənclərin sosiallaşması və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm addımlar atılmışdır. Bu məqsədlə ölkənin aparıcı mədəniyyət müəssisələri tərəfindən xüsusi yerlər ayrılmışdır.
Bu barədə “Əlilliyi olan şəxslərə sosial dəstək” İB-nin sədri Təranə Musayeva QHT.az-a bildirib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Akademik Dram Teatrı tərəfindən 20, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tərəfindən 15, Heydər Əliyev Sarayı, AZKONSERT MMC və EMKI Production tərəfindən birgə olaraq 50, Bakı Konqres Mərkəzi tərəfindən isə 103 yer ayrılmışdır. Ümumilikdə 188 yer əlilliyi olan uşaq və gənclərin mədəni tədbirlərdə iştirakına imkan yaratmışdır:
"Həyata keçirilən bu təşəbbüslər əlilliyi olan uşaq və gənclərin mədəni həyata fəal şəkildə cəlb olunmasına, onların ictimai mühitdə iştirak imkanlarının genişlənməsinə və sosial inteqrasiyasının gücləndirilməsinə əhəmiyyətli töhfə vermişdir.
Qeyd olunan qurumların göstərdiyi bu nümunəvi sosial məsuliyyət inklüziv cəmiyyətin formalaşmasına xidmət edir. “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi əlilliyi olan uşaq və gənclərə göstərilən diqqət və qayğıya görə adıçəkilən mədəniyyət müəssisələrinin rəhbərlərinə səmimi təşəkkürünü bildirir və bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsini vacib hesab edir".