Ötən il ərzində ölkədə 47 kosmetoloji mərkəzdə qanunsuz fəaliyyət aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aşkar edilmiş nöqsanlar 35 lisenziya olmadan iş və fəaliyyət, dörd lisenziyadan kənar iş və fəaliyyət, altı sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma, bir sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadan kənar özəl tibb fəaliyyəti ilə məşğul olma, bir lisenziya şərtləri sualı üzrə müəyyən nöqsanlar aşkarlanıb (protokol tərtib edilməməyib).