ain.az bildirir, Reyting.az portalına istinadən.
ABŞ-nın Hyuston və Ratqers universitetlərinin alimləri hüceyrə membranının xırda vibrasiyalarının elektrik gərginliyi yarada biləcəyi haqqında ehtimal irəli sürüblər. Yeni elmi nəzəriyyəyə əsasən membranın istilik hərəkəti, həmçinin daxili zülalların fəaliyyəti nəticəsində yaranan dalğalanmalar fleksioelektriklik effektlə elektrik sahəsi formalaşdıra bilər.
Reyting.az xəbər verir ki, birgə tədqiqat qrupunun hesablamalarına görə, öz-özünə yaranan gərginliyin təxminən 90 millivolta çatması mümkündür. Bu, neyronlardakı fəaliyyət potensialı ilə müqayisə edilir.
Elm adamlarının fikrincə, bu mexanizm ionların membran vasitəsilə daşınmasını tamamilə asanlaşdıra, hüceyrələrarası siqnallaşmaya təsir göstərə, hüceyrədaxili prosesləri daha da səmərəli idarə etməyə şərait yarada bilər.
Alimlər deyiblər ki, model hələ eksperimental təsdiq tələb edir. Onların sözlərinə görə, bu elmi yanaşma ümumilikdə biologiyada yeni izahlar verməklə yanaşı, həm də bioilhamlı materiallar və enerji-effektiv süni intellekt sistemlərinin yaradılmasına çox böyük elmi töhfə verəcək.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.