AZ

ABŞ Rusiyaya qarşı sanksiyaları bir şərtlə dayandıra bilər

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

ABŞ Çin məsələsinə görə Rusiyaya qarşı bütün mövcud sanksiyaları ləğv edə bilər. 

Reyting.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms Rikards "The Daily Reckoning" qəzetində dərc olunmuş məqaləsində yazıb.

O, ABŞ prezidenti Riçard Niksonun 1971-ci ildə Sovet İttifaqını məhv etmək üçün Çinə qarşı siyasətini yenidən istiqamətləndirərkən oxşar hərəkət etdiyini xatırladıb. Keçmiş müşavir qeyd edib ki, Ağ ev üçün hazırda Çini məğlub etməyin ən asan yolu Rusiya ilə yaxınlaşmaqdır.

"Əgər ABŞ bunu etməsə və Rusiya ilə Çinin ABŞ-a qarşı birləşməsinə icazə versə, biz uduzacağıq. Deyəsən, ABŞ bunu bu yaxınlarda başa düşüb. Buna görə də, Ukraynadakı müharibənin Rusiyanın qələbəsi ilə bitəcəyini gözləyirəm. Nəticədə ABŞ-Rusiya münasibətləri daha da yaxınlaşacaq. Vəziyyət sabitləşdikdən və mövcud maliyyə sanksiyalarının ləğvindən sonra Rusiyada əla investisiya imkanları yaranacaq", - C. Rikards qeyd edib.

Keçmiş müşavirin fikrincə, geosiyasətdə yalnız üç ölkə əhəmiyyətlidir: ABŞ, Çin və Rusiya. O, bütün digər ölkələri ikinci və ya üçüncü dərəcəli hesab edir.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
reyting.az

1Mənbələr