AZ

ADU-da payız semestrinin qış imtahan sessiyası keçirilir - FOTOLAR

Azərbaycan Dillər Universitetində 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası keçirilir.


Manset.az xəbər verir ki, sessiya ADU-nun rektoru akad. Kamal Abdullayevin 16 dekabr 2025-ci il 137 №-li əmrinə əsasən  29 dekabr 2025-ci il tarixindən başlayaraq 5 həftə müddətinə əyani formada təşkil olunur.

İmtahanlar dörd növbədə (bakalavriat səviyyəsi üzrə  imtahanlar saat 09:00-17:00-dək, magistratura səviyyəsi üzrə imtahanlar saat 18:00-20:00-dək) təşkil olunur. Sessiya ərzində bakalavriat səviyyəsində 531  qrup üzrə 7000-ə qədər, magistratura səviyyəsində isə 49 ixtisaslaşma üzrə 655 tələbə imtahan verəcək.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.

Seçilən
98
manset.az

1Mənbələr