
ABŞ Dövlət Departamenti rus dilində insanları "Prezident Donald Trampla oyun oynamamağa" çağıran bir paylaşım dərc edib.
Missiya.Az xəbər verir ki, paylaşım departamentin rəsmi sosial media hesabında dərc edilib.
Bildirilib ki, paylaşımda masada oturan Trampın diqqətli ifadəsi və ABŞ dövlət katibi Marko Rubionun fotoşəkili də yer alıb. Təhdid dolu başlıq böyük qırmızı şriftlə yazılıb.
Qeyd edək ki, başlıq ərəb dilində də dərc olunub və ABŞ Dövlət Departamentinin İran dilindəki hesabında da yer alıb.
Daşqın HəsənovMissiya.Az