Venesuela müxalifətinin lideri Mariya Korina Maçado laureatı olduğu Nobel sülh mükafatını ABŞ prezidenti Donald Trampla bölüşməyə hazır olduğunu bildirib.
APA xəbər verir ki, Maçado “Fox News”a verdiyi müsahibədə Maduronun devrilməsini azadlıq və insanlıq üçün nəhəng addım adlandırıb.
“Əlbətdə ki, mən onunla (Trampla) görüşüb ona şəxsən bunu demək istəyərdim. Bu mükafat Venesuela xalqınındır, əlbətdə ki, mən bu mükafatı ona vermək, onunla bölüşmək istəyirəm”,- Maçado bildirib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Venesuelada Maçadonun hakimiyyətə gəlməsini dəstəkləməməsinin səbəbinin Nobel sülh mükafatı barədə fikir ayrılıqları olduğunu təkzib edib.