AZ

Mehmet Ali Erbil xəyanəti etiraf etsə də gənc arvadı boşanmadı

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Boşanma qərarı ilə gündəmə gələn türkiyəli məşhur aparıcı Mehmet Ali Erbil və Gülseren Ceylan sosial mediada etdikləri canlı yayımda barışdıqlarını açıqlayaraq yenidən bir araya gəldiklərini bildiriblər.

Lent.az xəbər verir ki, Mehmet Ali Erbil özündən 40 yaş kiçik olan Gülseren Ceylan ilə avqustun 28-də Yeniköydəki evində ailə qurmuşdu. Evlilikləri ilə tez-tez gündəmə gələn cütlük təxminən üç həftə əvvəl yollarını ayırmaq qərarı aldıqlarını ictimaiyyətə açıqlamışdı.

Boşanma qərarından sonra Erbilin əvvəlki evlilikləri ilə bağlı etdiyi “Bütün həyat yoldaşlarımı aldatdım. Bir həyat yoldaşıma çox haqsızlıq etdim. Kaş onu tərk etməsəydim” açıqlaması ayrılığın səbəbi kimi uzun müddət müzakirə olunmuşdu.

Lakin cütlük dünən axşam sosial mediada həyata keçirdikləri canlı yayımda barışdıqlarını elan edib. Yayım zamanı danışan Gülseren Ceylan “Bu həyatda məni ən çox Malinin sevdiyini bilirəm” sözlərini işlədib.

İkilinin yenidən bir araya gəlməsi maqazin gündəmində geniş əks-səda doğurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
lent.az

2Mənbələr