Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə sülh danışıqları perspektivlərinə dair qiymətləndirmələri daha ehtiyatlı olub.
“AzPolitika” xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, Kiyev getdikcə Moskvanın istənilən bir razılaşmadan imtina edəcəyi ssenarisinə daha çox meyl edir.
Zelenskinin bu yaxınlarda sülh müqaviləsinin "90% hazır olduğunu" bildirməsinə baxmayaraq, o, irəliləyişin faktiki olaraq dayandığını və Rusiyanın mövqeyinin qeyri-müəyyən qaldığını söyləyir.
Ukrayna Prezidenti danışıqların perspektivi ilə bağlı Kiyevdə jurnalistlərə deyib: "Daha yarım il gözləmək istəmirəm və gözləməyəcəyəm. İki yol var: birincisi müharibəni bitirmək, ikincisi isə Rusiyanın neqativ addımlarına hazırlaşmaqdır".
Prezident vurğulayıb ki, Ukrayna eyni zamanda danışıqlar aparır və müharibəni davam etdirməyə hazırlaşır, çünki Moskva artıq Ukraynanın bəzi təkliflərini rədd edib.
"Nəticəyə çox yaxın olduğumuzu başa düşürəm, amma müəyyən bir məqamda Rusiya hər şeyi bloklaya bilər”, - deyə o bildirib.
Bu fonda çərşənbə axşamı Parisdə mümkün atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə həsr olunmuş Avropa liderlərinin zirvə görüşünün keçirilməsi planlaşdırılır. Lakin ABŞ Dövlət katibi Marko Rubio müşahidəçilərin fikrincə, danışıqlar prosesini çətinləşdirə biləcək digər beynəlxalq böhranlar səbəbindən görüşdə iştirakını ləğv edib.
Zelenski isə əsas məsələlərin hələ də həll olunmadığını etiraf edib: ərazi güzəştləri, işğal olunmuş Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət və müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinin formatı. Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlərdə israr edir və Fransa ilə Böyük Britaniyanın mümkün sülhməramlı missiyada məcburi iştirakını tələb edir.
Eyni zamanda, Rusiya Ukraynada NATO qoşunlarının mövcudluğuna qəti şəkildə qarşı çıxır və hücumlarını davam etdirir, bununla da Kiyevin danışıqlardakı mövqeyini zəiflədir.
Buna baxmayaraq, Zelenski ABŞ-nin rəhbərlik etdiyi danışıqlara alternativ olmadığını vurğulayıb: "Artıq çox şey əldə edilib və biz bu insanların əməyinə və vaxtına hörmət etməliyik, çünki Ukraynadakı insanlar hər dəqiqə əziyyət çəkirlər. Buna görə də inanıram ki, bunun alternativi yoxdur".
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.