AZ

MİLLİ QVARDİYAYA YENİ KOMANDAN TƏYİN OLUNDU Sərəncam imzalanıb

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Milli Qvardiyasına yeni komandan təyin olunub.

"AzPolitika" xəbər verir ki, bununla bağlı müvafiq Sərəncam imzalanıb.

Sərəncama əsasən, polkovnik Ramin Babayev Milli Qvardiyanın komandanı təyin olunub.

Qeyd edək ki, Milli Qvardiya Prezidentin Təhlükəsizlik Xidmətinə tabedir. Ramin Babayev də bu təyinatadək həmin Xidmətin kadrlar idarəsinin rəisi işləyib.

Xatırladaq ki, Milli Qvardiyanın əvvəlki komandanı general-mayor Akif Yusifov təxminən bir ay əvvəl vəzifəsindən azad edilib. Bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
azpolitika.info

1Mənbələr