AZ

Bloomberg: “Tramp təmkinli olmalıdır”

AzVision.az xəbər verir ki, “Australia and New Zealand Banking Group Ltd (ANZ)” şirkətinin analitik arayışına istinad edən “Bloombegr” agentliyi belə məlumat yayıb.

ANZ-nin analitikləri Daniel Hayns və Soni Kumarininhesablamalarına görə, Venesuelada neft hasilatının artırılması üçün vaxt qrafiki sənayedəki struktur problemləri fonunda digər ölkələrlə müqayisədə xeyli uzun olacaq. Köhnəlmiş infrastruktur və xroniki sərmayə çatışmazlığı çətin ki, onilliyin sonuna qədər Venesuelada əhəmiyyətli dərəcədə neft hasilatında artımı təmin edə biləcək. Bu müstəvidə hətta yeni layihələrin dərhal işə salınması belə ciddi dəyişikliyə səbəb olmayacaq.

“Neft hasilatı layihələrində yekun investisiya qərarları adətən yatağın kəşfindən sonra bir ildən beş ilə qədər vaxt alır. Ənənəvi quru yataqları üçün ilk neft 12-24 ay ərzində görünə bilər, dərinsulu dəniz layihələri üçün isə bu müddətin yeddi ilə qədər uzanması mümkündür”, - şirkətin hesabatında deyilir.

“Shell” və “BP” Venesuelaya qayıtmağı planlaşdırır
Venesuela dünyanın ən böyük sübuta yetirilmiş neft ehtiyatlarına malik olsa da, sənayenin yenidən qurulması əhəmiyyətli maliyyə sərmayəsi tələb edəcək. ANZ hesab edir ki, hətta hasilatı gündə təxminən 1 milyon barrel səviyyəsində saxlamaq üçün ölkənin neft sənayesində standart sayılan illik 5,5 milyard dolları üstələyən investisiyaya ehtiyac yaranacaq.

Ənənəvi quru yataqlarının genişləndirilməsi yönündə əsaslı məsrəflər gündəlik gücün bir barreli üçün 10-30 min ABŞ dolları arasında dəyişə, dərinsulu dəniz layihələri üçün isə 60 min dollara çata bilər.

Venesuela istehsalının bərpası həm də siyasi vəziyyətdən asılıdır. ABŞ prezidenti Donald Tramp əvvəllər Amerika neft şirkətlərinin sənayenin canlanmasına töhfə verəcəyinə ümid etdiyini bildirsə də, ANZ analitikləri investorları həddindən artıq nikbinlikdən çəkindirir.

- İnvestorlar əhəmiyyətli vətəndaş iğtişaşları və ABŞ-nin ölkəyə qarşı uzunmüddətli sanksiyaları ilə müşayiət edilən Venesuelada uzunmüddətli siyasi qeyri-sabitlik ehtimalına hazır olmalıdırlar”,- şirkətin ekspertləri vurğulayırlar.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın “The Daily Telegraph” nəşri ABŞ-nin Venesuela prezidentin Nikolas Maduronu devirməsindən sonra Britaniyanın “Shell” və “BP” neft-qaz şirkətlərinin bu ölkədə fəaliyyətlərini bərpa etmək imkanını nəzərdən keçirdiklərini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
46
2
azvision.az

3Mənbələr