11 qolla I Liqanın bombardiri olan Seyxan Fərəcov Premyer Liqanın 2 klubundan təklif alıb. Onu "İmişli" və "Karvan-Yevlax" klubları heyətində görmək istəyir.
Fərəcovla yanaşı, onun komanda yoldaşları Mehrac Baxşalı və Zeynəddin Abdurahmanova da Premyer Liqadan təklif gəlib. Onlar da getmək üçün rəhbərliyə müraciət ediblər.
Sportal.az saytının əldə etdiyi məlumata görə, MOİK rəhbərliyi qış fasiləsində heç kimi buraxmaq niyyətində deyil. Artıq bununla bağlı futbolçulara klubun mövqeyini bildiriblər.
saytlarin hazirlanmasi