AZ

Borrell: "ABŞ artıq əsas müttəfiqimiz deyil"

Bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq (2019-2024) ali nümayəndəsi Cozep Borrel İspaniyanın "Antena 3" telekanalında efirə gedən "Espejo público" ("İctimai güzgü") verilişində dilə gətirib. Vurğulayıb ki, son hadisələr, xüsusən də ABŞ-nin Qrenlandiyanı özünə birləşdirmək cəhdləri, ittifaqın ali nümayəndələrinə qarşı sanksiyalar onun iddiasını təsdiqləyir:

"Avropada bu həqiqətlə razılaşmaq istəməyən insan çoxdur, çünki onlar hələ də ABŞ-ni Aİ-nin əsas müttəfiqi sayırlar. Hərçənd artıq belə deyil. Donald Tramp axı daha nə iş görməlidir ki, həqiqəti başa düşək?".

Sabiq nümayəndənin dolaylı ifadələrinə görə, xüsusilə nüvə arsenalına malikFransa və BritaniyaVaşinqtonun gizli qara siyahısındadır.

Xatırladaq ki, 2025-ci ilin 5 dekabrında Ağ Ev ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb. Bu strategiyaya əsasən, Aİ-yə üzv ölkələr öz müdafiə imkanlarını artırmalıdırlar. Sənəddə Aİ-nin həddindən artıq tənzimləmə, kütləvi miqrasiya və söz azadlığına qarşı siyasəti də tənqidlə qarşılanıb, eyni zamanda, ABŞ və Avropa arasında Rusiya-Ukrayna müharibəsinə dair fikir ayrılıqlarına da toxunulub.

Firudin Həmidli
AzVision.az
Seçilən
40
2
azvision.az

3Mənbələr