AZ

Antalya gündəliyi: “Turan Tovuz” başladı

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Turan Tovuz” dünəndən Antalyadadır. Qış təlim-məşq toplanışını burada keçirəcək “bozqurdlar” kampı əskik olmadan, tam heyətlə başlayıb.

Əvvəllər “Qarabağ”ın məskunlaşdığı “İC Santai” otelini seçən bölgə təmsilçisi yanvarın 18-dək burada olacaq və toplanış çərçivəsində 2 hazırlıq matçı (10 yanvar – “Hermanştadt” (Rumıniya), 17 yanvar – “Poqon” (Polşa).

“FutbolPress” də bu gündən (dünən – red.) Antalyadadır və yanvarın 18-dək burada təlim-məşq toplanışı keçəcək bütün klublarımızı (“Turan Tovuz”, “Qarabağ”, “Sumqayıt”, “Zirə”) izləyəcək və hər gün yenilikləri sizə təqdim edəcək.

İlk günümüz “Turan Tovuz”un axşam məşqinə həsr olundu. Səhər fitnes məşqləri olmuşdu. Axşam məşqi isə istirahətdən yeni dönən komanda üçün nəzərdə tutulan formada keçdi – toplu və yüngül fiziki yükləmə, bərpa…

Sevindirici haldır ki, noyabrdan zədələnən kapitan Şəhriyar Əliyev məşqləri bərpa edib. Onunla yanaşı Vadji, Batista və Abdulla Rzayev müxtəlif dərəcəli zədələr səbəbindən ayrı məşq etdilər.

Klubun həkimi deyir ki, Batista və Abdullada vəziyyət ağır deyil, Şəhriyarla Vadjinin sıraya qayıtmasına da çox qalmayıb.

Kurban Berdıyevin məşqini ilk dəfə izləyirdim. İlk təəssüratım – adına görə işi də var. Nəinki məşq, ətrafda cərəyan edən bütün proseslərə nəzarət edir, mütləq idarəçiliyi sevən xarakteri sayəsində tam intizamlı bir komanda izlədim.

Uzun paslar və rəngsiz futbol oynatmağı ilə diqqət çəkən qocaman mütəxəssisin məşqboyu ən çox işlətdiyi söz “toplu hərəkət.. pas-pas-pas… qısa ötürmə, top kontrolu..”.

Berdiyevin köməkçisi Yunis Hüseynovun məşq bitəndən sonra, “necədir?” sualına “çox maraqlı” – dedim.

Biz burda komandalarımızı izləyirik, siz də bizi izləyin…

Elçin Cəlilov

(Antalya, Türkiyə)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
futbolpress.az

1Mənbələr