AZ

“ABŞ bu bazarda Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır”

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“ABŞ ilə Azərbaycan arasında 8 avqustda imzalanmış üçtərəfli birgə bəyannamədən sonra yeni bir mərhələ başlayıb. ABŞ, Azərbaycanın Cənubi Qafqazda və Xəzər hövzəsindəki rolunu yüksək qiymətləndirir”.Bunu Demokrat.az-a açıqlamasınsa politoloq Məhəmməd Əsədullazadə bildirib.O deyib ki, Prezident Donald Tramp da bu istiqamətdə siyasi iradə ortaya qoyaraq, Azərbaycanla münasibətlərə yüksək səviyyədə önəm verib:“Konqresdə komitə sədrinin və konqresmenlərin Azərbaycana səfəri də bu əməkdaşlığın artan dinamikasını göstərir. ABŞ Konqresi də artıq Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan üçün əsas hədəflərdən biri, 1992-ci ildə qəbul edilən 907-ci düzəlişin tamamilə ləğv olunmasıdır. Bu düzəliş Dağlıq Qarabağ münaqişəsi dövründə ədalətsiz şəkildə Azərbaycana qarşı tətbiq edilmişdi. Lakin bu gün artıq həmin münaqişə tarixə qovuşub, de-fakto sülh mövcuddur və sülh müqaviləsinin paraflanması prosesi gedir. Azərbaycan Prezidenti də ABŞ nümayəndə heyəti ilə görüşdə bu məsələni diqqətə çatdırdı. Səfərdə iştirak edən nümayəndələrin arasında islahatlar və hərbi məsələlər üzrə ixtisaslaşan şəxslərin olması, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq niyyətini də ortaya qoyur”.

Onun sözlərinə görə, bu gün dünyada müdafiə sənayesi sahəsində böyük rəqabət gedir və görünür, ABŞ da bu bazarda Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır:

“İkitərəfli əlaqələr Cənubi Qafqaz və Mərkəzi Asiyada formalaşan yeni geosiyasi və geoiqtisadi nizama müsbət təsir göstərəcək. Bu isə beynəlxalq münasibətlərdə yeni bir mərhələ, yeni bir düzən deməkdir. Çünki Cənubi Qafqaz və Xəzər hövzəsi beynəlxalq sistemin mühüm tərkib hissəsidir. ABŞ-ın bu regionda Azərbaycanla əməkdaşlığa başlaması, münasibətlərin artıq sözlə deyil, real strateji tərəfdaşlıq səviyyəsinə keçdiyini göstərir. Və bu prosesin uğurlu olacağı gözlənilir. ABŞ Konqresindəki bəzi konqresmenlərin də artıq 907-ci düzəlişin ləğvi istiqamətində təşəbbüslərlə çıxış etməyə başlaması, münasibətlərin daha da dərinləşəcəyinin göstəricisidir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
demokrat.az

1Mənbələr