ain.az, Demokrat.az saytına istinadən bildirir.
““Kənd toyuğu” adı ilə satılan məhsulun sintetik maddələrlə rənglənməsi istehlakçı üçün ciddi sağlamlıq riskləri yaradır. Bu cür hallarda əsas məqsəd toyuğun dərisinin və ətinin rəngini daha sarı və “təbii” göstərməkdir ki, bu da alıcıda məhsulun daha sağlam olduğu təəssüratını yaradır”. Bunu qida mühəndisi, ekspert Güldanə Qasımlı Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, istifadə olunan sintetik boyalar qida üçün nəzərdə tutulmadıqda orqanizm üçün təhlükəli hesab olunur:“Belə maddələr uzunmüddətli istifadə zamanı qaraciyər və böyrəklərə əlavə yük yarada, orqanizmin detoksifikasiya mexanizmlərini zəiflədə bilər. Eyni zamanda bəzi sintetik boyalar allergik reaksiyalara, dəri səpgilərinə, həzm pozğunluqlarına və immun sisteminin zəifləməsinə səbəb ola bilir. Xüsusilə uşaqlar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər bu risk qrupuna daxildir. Araşdırmalar göstərir ki, bəzi süni boyalar hormonal balansı poza, hətta uzun müddətdə onkoloji riskləri artıra bilər. Problemin digər tərəfi isə istehlakçının aldadılmasıdır: alıcı “kənd toyuğu” aldığını düşünür, əslində isə sənaye üsulu ilə yetişdirilmiş, kimyəvi müdaxiləyə məruz qalmış məhsul alır. Bu risklərin qarşısını almaq üçün bazarlarda və satış nöqtələrində nəzarət mexanizmləri gücləndirilməli, mənşə və tərkib barədə şəffaf məlumat verilməlidir”. Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.