AZ

Mətin Məmmədli yeni vəzifəsindən DANIŞDI: Gözləmirdim, ani oldu

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədliyə vəzifə verilib. O, mərkəzin şöbə müdiri olub.Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli bildirib ki, 4 ilə yaxındır Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində çalışır:“Düzü, gözləmirdim, hər şey ani baş verdi. Bu sahədə yeni deyilik, sadəcə vəzifə pilləsində irəliləyiş oldu. Yeni vəzifəmdə də çalışacağam ki, üzərimə düşən məsuliyyəti layiqincə yerinə yetirim. Fəaliyyətimiz əvvəlki kimi öz axarında davam edəcək. Mərkəzimizə, ölkəmizə və dövlətimizə gördüyümüz işlərlə fayda verməyə çalışacağıq”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
demokrat.az

1Mənbələr