AZ

Ağ Ev Danimarkanın Qrenlandiyaya olan hüququnu şübhə altına alır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ağ Evin Baş Qərargah rəisinin müavini Stiven Miller Danimarkanın Qrenlandiyaya olan hüququnu şübhə altına alaraq, adanın ABŞ-a birləşməli olduğunu qeyd etdi.

Bizimyol.info xəbər verir ki, bu barədə Miller CNN-ə verdiyi müsahibədə bildirib.

"Əhalisi təxminən 30.000 olan Qrenlandiyaya qarşı heç bir hərbi əməliyyat olmayacaq. Əsl sual budur ki, Danimarka niyə Qrenlandiyaya nəzarəti ələ keçirib? Onların ərazi iddialarının əsası nədir? Qrenlandiyanın Danimarka müstəmləkəsi hesab edilməsinin əsası nədir? ABŞ NATO gücüdür. ABŞ-ın Arktika təhlükəsizliyini təmin etməsi və NATO maraqlarını qoruması üçün Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Ölkə olaraq bunu müzakirə edəcəyik", - deyə o bildirib.

4 yanvarda ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, ABŞ-ın Qrenlandiyaya milli təhlükəsizlik səbəbləri ilə nəzarət etməsi lazımdır. Vaşinqton administrasiyası rəhbərinin sözlərinə görə, bu, strateji məsələdir, çünki adanın ətrafında "hər yerdə Rusiya və Çin gəmiləri" var və Danimarka ərazinin "təhlükəsizliyini gücləndirə bilmir".

Amerika lideri daim adanın ABŞ-a birləşdirilməsi mövzusuna qayıdır. İlk səlahiyyət müddətində o, Qrenlandiyanın alınmasını təklif etmiş və 2025-ci ilin mart ayında onun ilhaqına əminliyini bildirərək, imtina edəcəyi təqdirdə Kopenhageni ticarət tarifləri ilə hədələmişdir. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddiaları rədd edərək, adanın krallığın bir hissəsi olduğunu vurğulayır.

Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, Qrenlandiyanın Müdafiə Müqaviləsini imzaladılar. Bu Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürmüşdü.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
bizimyol.info

1Mənbələr