Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İspaniyanın Kosmik Elmlər İnstitutu (ICE-CSIC) tədqiqatçıları "C" tipli asteroidləri – Yerdə yaxın asteroidlərin əksəriyyətini təşkil edən karbon xondritləri – araşdıraraq maraqlı nəticələr əldə ediblər.
Bizimyol.info xəbər verir ki, alimlər kütləvi spektrometriya vasitəsilə asteroidlərin mineral tərkibini öyrəniblər və aşkar ediblər ki, içərisində qızıl və platin kimi qiymətli metallar demək olar ki, çox az rast gəlinir.
Tədqiqatçılar bildirirlər ki, gələcək kosmik missiyalarda diqqət asteroidlərdəki suyun çıxarılmasına yönəlməlidir. Su kosmosda yanacaq istehsalı, içməli su təminatı və həyat dəstək sistemləri üçün istifadə edilə bilər. Bu, xüsusilə Marsa uzunmüddətli missiyalar və Ayda infrastruktur qurmaq üçün həyati əhəmiyyət daşıyır. Yer səthindən su daşımaq əvəzinə asteroidlərdən çıxarılması həm sərfəlidir, həm də daha realdır.
Alimlər qeyd edirlər ki, asteroidlərin mineral tərkibini öyrənmək planetar müdafiə üçün də vacibdir. Bu məlumatlar potensial təhlükəli obyektlərin trayektoriyasını dəyişdirməkdə və Yerə təhdidi azaltmaqda kömək edə bilər.
Hazırda mikroqravitasiya şəraitində işləmək, kosmik qalıqlarla davranmaq və çıxarılan materialları emal etmək kimi texniki çətinliklər hələ qalır. "Hayabusa2" və "OSIRIS-REx" missiyaları isə indiyə qədər asteroidlərdən məlumat əldə etmək üçün əsas mənbə rolunu oynayır.
Ekspertlərin fikrincə, yaxın onilliklərdə qızıl yox, su insanlığın kosmosda ən qiymətli “sərvəti” olacaq.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.