AZ

"Araz-Naxçıvan"da Karlosun biri getdi, digəri gəldi - Polşalıların razı sala bilmədiyi braziliyalı ilə anlaşmanın detalları

“Araz-Naxçıvan” heyətini gücləndirib. 

Fanat.Az xəbər verir ki, futzal üzrə ölkə çempionu braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb.

Son klubu Polşanın “Darkomp Vilanov” klubu olan 33 yaşlı futzalçı ilə “5 ay+1 il” müddətinə müqavilə imzalanıb.

Karlos Polşa klubunda wmumilikd' 39 liqa oyununda iştirak edib və 16 qol vurub. O, ciddi zədə səbəbindən ötən mövsüm komandaya tam kömək edə bilməyib. Əsas heyətə qayıtdıqdan sonra isə tərəflər yeni müqavilədə anlaşa bilməyiblər. “Darkomp Vilanov” braziliyalı ilə maddi məsələlərdə ortaq məxrəcə gələ bilmədiyini açıqlayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı hücumçu Karlos Bertuola ilə yollarını ayırıb.

Seçilən
96
1
fanat.az

2Mənbələr