Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.
MKİ Edmundo Qonsales və Mariya Korina Maçadonun ölkəni idarə edə və təhlükəsizlik qüvvələrinə nəzarət edə bilməyəcəyi qənaətinə gəliblər
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Venesuela Prezidenti Nikolas Maduronun ən yaxın müttəfiqlərinin sabitliyi qorumaq naminə ölkəni idarə etmək üçün ən uyğun olduqları qənaətinə gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, MKİ-nin hesabatı Venesuelada hərbi əməliyyatdan bir neçə həftə əvvəl ABŞ Prezidenti Donald Trampa və seçilmiş administrasiya rəsmiləri qrupuna təqdim edilib. Sənəddə əsasən Maduronun vəzifədən necə uzaqlaşdırıla biləcəyi müzakirə olunub, eyni zamanda, ölkədəki ümumi vəziyyətə toxunulub.
MKİ rəhlilçiləri daha sonra 2024-cü il seçkilərinin faktiki qalibi hesab edilən müxalifət lideri Edmundo Qonsales və Nobel mükafatı laureatı Mariya Korina Maçadonun ölkəni idarə edə və təhlükəsizlik qüvvələrinə nəzarət edə bilməyəcəyi qənaətinə gəliblər.
Nəşr yazıb ki, bu təhlil Trampın hərbi əməliyyatdan sonra Maçadonu deyil, 6 yanvarda Venesuelanın müvəqqəti prezidenti kimi and içən vitse-prezident Delsi Rodrigezi dəstəkləməsinin səbəbi olub. Sənəddə həmçinin iki yüksək vəzifəli məmurun adı çəkilib. Nəşrin məlumatına görə, bunlar daxili işlər naziri Diosdado Kabello və müdafiə naziri Vladimir Padrino Lopes ola bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.