AZ

İlqar Vəlizadə Prezident İlham Əliyevin inzibati islahatlarla bağlı baxışlarını şərh edib VİDEO

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycanın inzibati ərazi prinsiplərinin gələcəkdə müəyyənləşdirilməsi və bu prinsiplərin hansı şəkildə inkişaf etdirilməsi barədə Prezident İlham Əliyev ətraflı danışdı. Burada Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə üsulunun Azərbaycanın digər regionlarına da şamil olunması ilə bağlı səsləndirilən fikirlər çox maraqlıdır. Çünki bu, yeni üsuldur, prinsipial olaraq yeni yanaşmadır. Bəzi məmurlar öz səlahiyyət hədlərini aşır və bunu kobud şəkildə edirlər. Əlbəttə ki, Prezident İlham Əliyev müsahibəsində bildiridi ki, bu cür addımlar diqqətsiz qalmır. Cəmiyyət və hakimiyyət tərəfindən belə qüsurlar müəyyən olunur və yerindəcə müvafiq addımlar atılır. Bu sözləri AZƏRTAC-a müsahibəsində siyasi şərhçi İlqar Vəlizadə deyib.

Seçilən
86
2
azertag.az

3Mənbələr