AZ

Britaniyada yaşlı sürücülər üçün yeni yol tədbirləri nəzərdən keçirilir

London, 6 yanvar, AZƏRTAC

Böyük Britaniyada hökumət yol təhlükəsizliyini artırmaqla yanaşı yaşlı sürücülərin müstəqilliyini qorumağı hədəfləyən yeni təkliflər üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, təkliflərə 70 yaşdan yuxarı sürücülər üçün məcburi göz müayinələrinin tətbiqi, eləcə də idrak testlərinin mümkün tətbiqi daxildir.

Yeni yol təhlükəsizliyi strategiyası 2035-ci ilədək yol qəzaları nəticəsində ölüm və ağır xəsarət hallarını 65 faiz, 16 yaşdan aşağı uşaqlar arasında isə 70 faiz azaltmağı qarşıya məqsəd qoyur. Rəsmi statistikaya görə, 2024-cü ildə yol-nəqliyyat hadisələri zamanı həyatını itirən sürücülərin təxminən 24 faizi 70 yaş və üzəri olub, yaşlı sürücülər isə bütün yol qəzası qurbanlarının 12 faizini təşkil edib.

Yerli nəqliyyat naziri Lilian Qrinvud bildirib ki, avtomobil idarə etmək yaşlı insanlar üçün rifah və müstəqillik baxımından böyük əhəmiyyət daşıyır, lakin yollarda hər kəsin təhlükəsizliyi təmin olunmalıdır. Onun sözlərinə görə, ölkədə yaşlı əhalinin artması fonunda son on ildən artıq müddətdə hazırlanmış ilk yol təhlükəsizliyi strategiyası şəxsi azadlıqlarla insan həyatının qorunması arasında tarazlıq yaratmağı hədəfləyir.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
49
4
azertag.az

5Mənbələr