AZ

Türkiyənin görünməyən qəhrəmanları: MİT 99 yaşını qeyd edir - İbrahim Kalın

Bakı. Trend:

Bu gün Milli İstihbarat Təşkilatımız (Milli Kəşfiyyat Təşkilatı– MİT) yaranmasının 99-cu ildönümüdür. Ölkəmizin və millətimizintəhlükəsizliyi və əmin-amanlığı üçün gecə-gündüz çalışan və “Vətənməsələsi söz mövzusudursa, bütün dünya bizim üçün vətən cəbhəsidir”deyən Təşkilatımız fəaliyyətlərini yüzillik dövlət düşüncəsi vəmədəniyyət yaddaşı ilə həyata keçirir, dövrün tələblərinə vəehtiyaclarına uyğun olaraq özünü daim yeniləyir.

Trend xəbər verirki, bunu MİT rəhbəri İbrahim Kalın “Milli İstihbarat Təşkilatı 99yaşında – Türkiyə Əsrində daha təhlükəsiz və daha güclü Türkiyə”başlıqlı məqaləsində bildirib.

İbrahim Kalın məqalədə təşkilatın həyata keçirdiyi fəaliyyətlərivə qarşıya qoyduğu hədəfləri qələmə alıb.

Kalın bildirib ki, terrordan azad Türkiyə hədəfi özünəməxsus vəinnovativ transformasiya layihəsidir. O qeyd edib ki, yeni dövrstrateji düşüncə ilə inşa edilən "Türkiyə Əsri"nin ən böyüknailiyyətlərindən biri olacaq.

“Mövcud beynəlxalq sistem eyni vaxtda baş verən geosiyasi vəhibrid böhranlar qarşısında ciddi sınaqdan uğursuz çıxır. Qlobaltəhlükəsizliyi təhdid edən proseslərə ədalətli və dayanıqlı həllyolları tapmaqda çətinlik çəkən hazırkı struktur, qaydalaraəsaslanan çoxtərəfli mexanizmlərin zəiflədiyi və maraq yönümlüyanaşmaların üstünlük qazandığı bir dönüş nöqtəsindən keçir. Qərbmərkəzli paradiqma sual altına alınarkən, Qlobal Cənubu da əhatəedən yeni axtarışlar yeni bir paradiqmanın formalaşmasına yolaçır.

Mövcud sistemin yetərsiz qaldığı, lakin onu əvəz edə biləcəkalternativ bir dünyanın hələ tam formalaşmadığı bu tarixi qırılmamərhələsində hər bir dövlət yeni dövrə üstün mövqedə daxil olmaqüçün böyük səylər göstərir. Tükiyə Prezidenti Rəcəb TayyibƏrdoğanın “Türkiyə Əsri” baxışı çərçivəsində ölkəmiz də çoxşaxəlivə balanslaşdırılmış xarici siyasət strategiyası, eləcə də hər güninkişaf edən kəşfiyyat imkanları ilə bu yeni mərhələyə təkcəregional aktor kimi deyil, eyni zamanda uzaq coğrafiyalardakıböhranlara müdaxilə edə bilən, həll yolları təklif edən, ədalət vəhəmrəyliyi əsas götürən qlobal tərəfdaş kimi daxil olur”, - deyəİbrahim Kalın vurğulayıb.

Məqalədə:
Seçilən
75
1
az.trend.az

2Mənbələr