Ukrayna ordusu Kostroma vilayətinin Neya şəhərində Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinə zərbə endirib.
APA xəbər verir ki, bu barədə “Unian” yerli sakinlərin sosial şəbəkə paylaşımlarına əsasən məlumat yayıb.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinnin arsenalında partlayışlar bütün gecə boyu davam edib.
Bildirilir ki, Neya şəhərindəki arsenalın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və əhali təxliyə olunur. Partlayışlar nəticəsində hər hansı insan tələfatı barədə məlumat açıqlanmayıb.