“Ciciş bacıları” kimi tanınan bacılar məşhurların narkotiklə bağlı istintaqının bir hissəsi olaraq həbs olunublar.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bacılar narkotik vasitələrlə bağlı aparılan araşdırma zamanı hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınıblar.
Bildirilir ki, cəmiyyətdə “Ciciş bacıları” kimi tanınan Esra və Ceyda Ersoy məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində saxlanılıblar.
Xuraman Etibarlı
İnterpress.az