ain.az bildirir, Azvision portalına istinadən.
AzVision.az xəbər verir ki, Ukraynanın “Ark Robotics” müdafiə sənayesi şirkətinin Açi ləqəbli baş direktoru “Business Insider” nəşrinə müsahibəsində belə deyib. “Mövcud müharibə itirməmək üçün Qərbə lazım olan unikal fürsət pəncərəsi verir. Vəziyyətin aktuallığını anlamaq üçün Ukrayna sizə vaxt qazandıracaq. Avropa dövlətləri qabaqlayıcı tərzdə düşünməli və təkcə Ukrayna təcrübəsindən deyil, həm də qarşıda ola biləcəklərdən nəticə çıxarmalıdırlar”, - Açi bildirib. Onun sözlərinə görə, Avropa çatmaq yox, qabaqlamaq barədə fikirləşməlidir. Qərbin Ukraynanın üzləşdiyi bəzi problemlərdən, xüsusən də dron operatorlarını cəbhə xəttindən mümkün qədər uzaqlaşdırmaq yollarını tapmaq imkanı var. Açi hazırkı vəziyyəti Ukrayna müdafiə sənayesinin döyüş meydanındakı sürətli dəyişikliklərə və Rusiyanın hərəkətlərinə daim uyğunlaşmağa məcbur olduğu “zamanla yarış” kimi qiymətləndirib. NATO ölkələri isə belə məhdudiyyətlərlə üzləşmir və daha strateji fəaliyyət göstərə bilərlər. Bununla belə, hazırda Ukrayna üçün kritik əhəmiyyət kəsb edən bəzi texnologiyalar NATO-nun iştirak etdiyi potensial münaqişədə ikinci dərəcəli ola və ya hətta başlamazdan əvvəl köhnələ bilər. - Məhz bu səbəbdən innovasiyalar prioritet olmalıdır. Köhnəlmiş və ya zəif təqlid edilmiş addımlara investisiya qoymaq mənasızdır”, - “Ark Robotics” şirkətinin baş direktoru vurğulayıb. Sahil İsgəndərov
AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.