AZ

Ramiz Mehdiyevin kürəkənindən Prokurorluğa və DTX ya kütləvi şikayət SAHİBKARLAR ƏMLAKINI VƏ BİZNESİNİ TƏLƏB EDİR

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Keçmiş PA rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması onun  yaxın ətrafının cəzasızlıq mühitindən çıxması ilə nəticələnib.

Belə ki, uzun illər Azərbaycan hakimiyyətinin rəhbərliyində təmsil olunan Ramiz Mehdiyevin ali  mövqeyindən yararlanan  yaxınları, xüsusilə də kürəkəni İlham Əliyev ölkədə çoxsaylı sahibkarlara qarşı qanunsuzluqlar edib.

Gununsesi.info-nun xəbərinə görə, ötən illər ərzində İlham Əliyev tərəfindən qanunsuzluqlarla üzləşən, əmlakları, biznesləri əllərindən alınan yüzlərlə sahibkar Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə şikayətlər edib.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, 100-ə yaxın vətəndaşın etdiyi şikayətçilər arasında İlham Əliyevin qanunsuz həbsə atdırdığı insanlar da var.

Onlar hüquq-mühafizə orqanlarından işlərinə yenidən baxılmasını, əllərindən alınmış əmlaklarının və bizneslərinin özlərinə qaytarılmasını tələb edir.

Məlumatda o da bildirilir ki, bu prosesdən qorxuya düşən İlham Əliyev artıq  vəkilləri vasitəsilə həmin şəxslərin bəziləri ilə danışıqlara başlayıb.

Məhz bu prosesin nəticəsindən biri kimi  Gəncədəki “Yeni Gəncə” Tibb Mərkəzinin adı çəkilir.

Xatırladaq ki, adıçəkilən tibb ocağı yenidən əsl sahiblərinə qaytarılıb.  

BUNA DA BAX:

Mehdiyev və kürəkəni illər əvvəl “çökdükləri” klinikanı sahiblərinə qaytarıb

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
8
icma.az

9Mənbələr